16 Noyabr 2016 18:56
3 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında ürək tutmasından qəfil vəfat edən Türk Dünyası Araşdırmaları Vəqfinin Bakı Atatürk Liseyinin müdiri Ali Devrimlə liseyin həyətində vida mərasimi keçirilib. Teleqraf.com xəbər verir ki, mərasimdə Ali Devrimi tanıyanlar, iş yoldaşları, övladları liseydə təhsil alan valideynlər iştirak ediblər.

Azərbaycan-Türkiyə İş Adamları Birliyi, Türkiyənin Azərbaycandakı səfirliyi mərasimin baş tutmasına və mərhumun nəşinin Türkiyəyə yola salınması üçün lazım olan tədbirlərin görülməsinə ən yüksək səviyyədə köməklik göstəriblər. Mərasimdən sonra mərhumun nəşi Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Ali Devrim 1960-cı ildə İzmirin Berqama rayonunda anadan olub. Ankara Universitetində DTCF (Dil və Tarix-Coğrafiya Fakültəsi) oxuyub. Elmlər namizədi idi. Uzun illərdir ki, Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb. O cümlədən Türkiyə səfirliyinin təhsil məsələləri üzrə müşaviri, Bakı Anadolu Liseyinin müdiri olub. Son iş yeri Bakı Atatürk Liseyi idi.

A.Devrim liseyin müəllim kollektivi, şagirdlər və onların valideynləri arasında çox böyük hörmət və nüfuza malik idi. Olduqca səmimi, insanpərvər, mehriban və xoşxasiyyət, Türkiyə və Azərbaycanı sevən bir insan idi. Eyni zamanda liseydə ciddi nizam-intizam yaratmışdı. Bu ilin oktyabrında vəzifədə olma müddəti başa çatıb Türkiyəyə dönsə də, israrlı xahişlərdən sonra yenidən Bakıya qayıtmışdı.

Allah rəhmət eləsin!

Teleqraf.com vida mərasimindən fotoları təqdim edir.

Səxavət Həmid


Müəllif:

Oxşar xəbərlər