17 Noyabr 2016 15:01
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri təqdim olunub.

Onlardan 97 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri İkinci Dünya müharibəsi əlili, 12 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş vətəndaş, 14 nəfəri Çernobıl AES əlili, 3 nəfəri isə 20 Yanvar əlilidir.

Teleqraf.com xəbər verir ki, avtomobillərin təqdim olunması tədbirində Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə təmin edildiklərini, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını qeyd edib.

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramından da bəhs edən Z.Babayev bu istiqamətdə aparılan işlərin davamı olaraq, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunduğunu diqqətə çatdırıb. O, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərə də toxunub, bu işlərin davamı kimi cari ilin 10 ayı ərzində 19,5 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini bildirib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər