29 Noyabr 2016 15:39
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş işaxtaran və işsiz vətəndaşların biznes-planlarının növbəti qiymətləndirilməsini həyata keçirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, iki gün davam edən qiymətləndirməyə 8 rayon və şəhər (Saatlı, Göyçay, Kürdəmir, Lerik, Astara, Masallı, Yardımlı, Mingəçevir) üzrə təlim kurslarını yekunlaşdırmış 141 nəfər tərəfindən biznes-planlar təqdim olunub.

həmin şəxslərdən 118 nəfərinin biznes-planları müsbət dəyərləndirilib. Biznes-planlar əsasən kənd təsərrüfatı, xidmət, istehsal və ticarət sahələrinə aid olub.

Özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirmiş vətəndaşların özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi prosesinə bu ayın əvvəllərində başlanılıb. Kursları yekunlaşdırmış 532 nəfərdən bu günədək artıq 441 nəfəri biznes-planların müdafiəsi prosesində iştirak edib. Onlardan 24 rayon üzrə 362 nəfərinin biznes-planları uğurlu hesab edilib.

Təlim kurslarını bitirmiş digər şəxslərin də özünüməşğulluq fəaliyyəti üzrə biznes-planlarının qiymətləndirilməsi müvafiq qrafik əsasında qarşıdakı dövrdə həyata keçiriləcək.

7 aprel 2016-cı il tarixli prezident sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramına 1500 nəfər işaxtaran və işsiz vətəndaşın cəlb edilməsi, onların ailə bizneslərinin yaradılması nəzərdə tutulur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər