Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Fövqəladə Hallar Nazirliyinə sualtı qayıq hədiyyə edib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, “Palmali” Şirkətlər Qrupuna məxsus “DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib.
FHN-dən qeyd edilib ki, sualtı qayıq ötən ilin dekabrın 15-də Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.
İlhamə ƏBÜLFƏT