Gənclər və İdman Nazirliyi "Şən və hazırcavablar klubları"nın Rusiyanın Soçi şəhərində keçirilən festivalında qondarma Dağlıq Qarabağ Respublikasını təmsil edən 2 komandanın iştirakı ilə bağlı beynəlxalq federasiyaya, eyni zamanda, yarışmanın yayımlandığı telekanala etiraz ünvanlayıb.
Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verilib.
O bildirilib ki, bu gün beynəlxalq federasiya bu məsələyə münasibətini açıqlamalıdır: "Ya o komandalar orada Xankəndi adı altında Azərbaycanı təmsil edəcək, ya da həmin komandalar yarışdan uzaqlaşdırılmalıdır. Bunlar olmasa Azərbaycan komandası yarışda iştirakdan imtina etmək hüququna malikdir. Bu barədə beynəlxalq federasiya rəhbərliyinə məlumat verilib”.
Onun sözlərinə görə, "Şən və Hazırcavablar Klubu" Azərbaycanın uzun müddət iştirak etdiyi beynəlxalq hərəkatdır və Azərbaycanın bu yarışda kifayət qədər uğurları var.