Bakıda dəm qazından ölüm hadisəsi baş verib.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 48 yaşlı Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, Aysabah Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.