3 Fevral 2017 13:14
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən Teleqraf.com-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq.


Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Müəllif: