4 Fevral 2017 23:09
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda çoxmərtəbəli binada yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, yanğın Babək prospekti, 1130-1133 cü məhəllə, 8-ci binanın 15-ci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürmə maşını cəlb olunub.

Yuxarı mərtəbələrdəki mənzillərin sakinləri təxliyə olunub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bu bina qaz və istilik təchizatı ilə təmin olunmayıb. Buna görə də yanğının həddindən artıq yüklənən elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı bildirilir.

Yanğın söndürülüb.


Müəllif: