7 Fevral 2017 18:04
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib. Tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrinin zabiti həyəcandan huşunu itirərək yıxılıb”.

Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini Aydın Mirzəzadə qeyd edib.

A.Mirzəzadə daha sonra yazıb: “O, ya Aprel döyüşlərinin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan Ordusunun xofu erməni hərbçilərinin hətta düşüncəsində belə çox ciddi oturub”.

Qeyd edək ki, Ç.Qurbanov ötən il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində bu il fevralın 5-də qarşı tərəfdən alınıb. Ç.Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər