13 Fevral 2017 10:31
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kübra Dadaşova dünən dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, aktrisa ilə vida mərasimi saat 11:00-da Təzə Pir məscidində olacaq.


Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradıb. 2006-cı ildə əməkdar artisti fəxri adı ilə təltif olunub.

Aktisa uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkirdi.

Nərmin


Müəllif: