14 Fevral 2017 19:25
321

Cocuq Mərcanlı kəndində gün ərzində 6 evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarilə 9 000 kv.m ərazi (5 000 kv.m ərazi əl ilə və 4 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, 12 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 17 evə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 71 066 kv.m ərazi (32 866 kv.m ərazi əl ilə və 38 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 14 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 20 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 100 060 kv.m ərazi (61 860 kv.m ərazi əl ilə və 38 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.


Müəllif: