16 Fevral 2017 13:44
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak üçün qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı İşçi qrup səviyyəsində müzakirələr aparılır.

APA-nın xəbərinə görə, bu barədə Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov bildirib. O qeyd edib ki, optimal qiymət müəyyən olunacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev DİM-in fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Tarif (qiymət) Şurası test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib, prezidentə məlumat verməlidir.


Müəllif:

Oxşar xəbərlər