Təhsil Nazirliyi Novruzun ilk çərşənbəsindən etibarən “Novruz mühazirələri”nə start verir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, mühazirənin ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev olacaq.
Fevralın 21-də Muğam Klubunda keçiriləcək mühazirədə Ç. Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” adlı mühazirə oxuyacaq. Mühazirələrə giriş sərbəstdir. İnformasiya dəstəyi “APA Holding”ə və Təhsil TV-yə məxsusdur.