18 Fevral 2017 11:03
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yer almış yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılış bəzən iki-üç şəkildə verilmiş ifadələrin növbəti təsnifatını siyahısı açıqlanıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin məlumat verilib.

Siyahıda yer alan yüzlərlə sözlərdən bəzilərini təqdim edirik. Lüzumsuz sözlər və söz hallandırmaları:

açıq-sarılı, açındırma, adamaoxşamazlıq, adamcıllıq, adamsevən, adda-buddalıq, addanmaq, addımlayan, addımlı, adəmağacı, adətcə, adıbəllilik, adiləşdirilmə, adiləşdirilmək, adilətmə, adilətmək, aerodinamik, aeroelektrik, aerofilm, aerofiltr, aerofit, aerofiziki, aerofon, aerofotoaparat, aerofotoçəkiliş, aerofotokadr, aerofotokamera, aerofotoqrafiya, aerofotomaterial, aerofotopanoram, aerofotoplyonka, aerofotosxem, aerofotoşəkil, aerogeoloji, aeroxizək, aeroiqlim, aerokadr, aerokəşfiyyat, aerokinoaparat, aerokirşə, aeroklub, aerokosmik və s.

Dialekt və ara sözləri: alax-bulax, alaməzhəb, alanqu, alapələngi, ala-pörtü, alaşıq-dolaşıq, alışdımyandım, allaflıq, alverxana, amalqalaşmaq, ambıl, ambır, ambırağız, anarı, andıraqalma, andıraqalmış, anqutboğaz, anrı, anrı-bəri, ap-alaca, ara-axtar, araqlama, araqlamaq, aravuranlıq, arayatı, arıq-cırıq, armudağız, armudboğaz, arva, arvadağızlıq, arvadcıq, arvadoğlu, arvadsevən, arvadyosunlu və s.

Suni sözlər və söz birləşmələrindən düzəldilən qurama sözlər: açıq-saçıqlıqedən, açıq-saçıqlıqetmə, açıq-sarı, açıqtipli, açıq-ürəklilik, açıq-yaşıl, açıq-yaşılı, açılıb-partlama, açılıb-partlamaq, açış, açma-qapama, açma-yığma, adadovşanıçılıq, adalma, adamağıllı, adamayovuşma, adamçaşdıran, adamdanqaçma, adamküsdürmə, adamoynatma, adamöldürmə, adyalüzlüyü, aerofotoşəkilçəkmə, aeroşəkil, aerotədqiqat, aerotəhqiqat, affektədüşmə, affektkeçirmə, aftafa-ləyən, aftafa-ləyənli, aftafa-ləyənsiz, agahetmə və s.

İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər: aləmgir, aləmsuz, aləmşümul, aləmtab, alicah, aligövhər, alihümmət, aliqədr, alinəsəb, alinəsəblik, alişan, allaf, allafbazar, amadə, amadəlik, anən, anən-fəanən, animist, anqariya, aramgah, arifmetik, ariz, arizə, arzuman, arzumənd, asar, asari-ətiqə, asudəhal, aşiyanə, aşüftə, aşüftəhal və s.

Terminlər: aerodinamiki, aerofotometr, aerofototopoqrafiya, aerogeologiya, aerohidrodinamika, aerohidromexanika, aerohidromexaniki, aeroion, aeroionizasiya, aeroionizator, aeroionlaşma, aeroionterapiya, aerokarpiya, aeroqlavimetr, aeroqraf, aeroqrafiya, aerolift, aerolit, aeromaqnit, aeromaqnitamper, aeromaqnitometr, aeroponika, aerostatika, aerotaxometr, aerotenk və s.

Tərcümə Mərkəz oxucuların, dil və lüğət mütəxəssislərinin irad və təkliflərini gözlədiyini açıqlayıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər