BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsindən narahatdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri BMT-nin baş katibinin xüsusi nümayəndəsi Stefan Cüjarrik deyib.
Onun sözlərinə görə, BMT baş katibi ATƏT-in Minsk qrupunun həmsədrlərinin vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması məqsədi ilə görülən bütün səylərini dəstəkləyir.
Cüjarrik əlavə edib ki, Quterreş tərəfləri atəşkəs razılaşmasını pozmağa yönələn addımlardan çəkinməyə və münaqişəni sülh yolu ilə həll etməyə çağırır.
Samir