28 Fevral 2017 13:53
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu Zülfü Rəhim oğlu Qədimov dəfn edilib.

Teleqraf.com-un Report-a istinadən məlumatına görə, ermənilərin işğalında olan Ağdam rayonunun Mərzili kənd sakini Z.Qədimov yaşadığı Beyləqan rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon icitmaiyyəti və şəhidin doğmaları iştirak edib. Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


Müəllif: