Vergilər Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində vergi ödəyicilərinə nazirliyin göndərdiyi SMS-lərin oxunmamasına görə 100 manat məbləğində cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, yayılan xəbərlər doğru deyil: “Vergi ödəyicilərinin onlara göndərilən SMS-ləri oxumamasına görə 100 manat məbləğində cərimə ediləcəyi xəbəri yalnış informasiyadır. Belə bir şey yoxdur. Nazirlik tərəfindən göndərilən SMS-lər vergi ödəyicilərinə göstərilən xidmətlərdən biridir. Bu SMS-lər vergi ödəyicilərini məlumatlandırmaq və zəruri hallarda onlara xatırlatmalar etmək üçündür. Mesaj xidməti sahibkarları vergi qanunvericiliyində baş vermiş dəyişikliklər barədə məlumatlandırmağa, zəruri hallarda vergi öhdəliklərini vaxtında yerinə yetirməsini onların yadına salmaq məqsədilə istifadə edilir”.
Nazirlikdən qeyd olunub ki, Qanunvericilikdə belə məlumatların oxunmamasına görə hər hansı cərimə və ya məsuliyyət tədbirləri nəzərdə tutulmayıb: “Bu tamamilə vergi ödəyicisinin öz işidir. Mətbuatda bununla bağlı yer almış informasiyalar yanlışdır”.
İlhamə ƏBÜLFƏT