1 Mart 2017 13:39
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçüncü sosial yaşayış kompleksi də Bakıda tikilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Samir Nuriyevin sözlərinə görə, bu binaların ilk növbədə Bakıda tikilməsinin səbəbi paytaxtda sosial mənzilə olan böyük tələbatdır: “Sosial mənzillərin respublikanın digər rayonlarında tikilməsi imkanları öyrənilir. Regionlarda da sosial evlərin tikintisi prioritet olaraq qalır. Hansı şəhərdə layihələrin reallaşdırılacağına gəlincə, bu, torpaq sahəsinin ayrılmasından və maliyyə imkanlarından asılı olacaq”.

Qeyd edək ki, hazırda sosial mənzillərin tikintisi Bakının Yasamal və Suraxanı rayonlarında davam etdirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər