6 Mart 2017 11:29
2 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan 21 yaşlı qız saxlanılıb.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini, 1996-cı il təvəllüdlü Səbinə Qənbərova həbs edilib.

Səbinə Qənbərova Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasının Qars şəhərinə aparıb, orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Məlumata görə, Səbinə Qənbərova Qars şəhərinə 3 qadın aparıb. Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə məşğul olan 20 yaşlı qız həbs edilmişdi.

Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Türkan Əliyeva azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaq üçün mütəşəkkil dəstə yaratdığı və özü də həmin dəstəyə rəhbərlik etdiyi aydınlaşmışdı.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər