9 Mart 2017 01:29
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda müştərisi bol olan restoranlar depozit əsasında fəaliyyət göstərəməyə başlayıb.

Xezerxeber.az məlumat verir ki, müştəri masa arxasına əyləşdikdə nə sifariş verməsindən asılı olmayaraq restoranın minimum məbləğini ödəməlidir. Bu məbləğ isə adətən 50 manatla 150 manat arasında dəyişir. Restoran rəhbərliyi bu addımın hər bir masadan normal qazanc əldə etmək üçün atıldığını bildirir.

Depozitlərin digər məqsədi müştəriləri müəyyən maddi-sosial təbəqədə formalaşdırmaqdır. Belə depozitlər əsasən həftə sonu günün ikinci yarısında və ya xüsusi günlərdə daha çox tətbiq edilir və əvvəlcədən müştəriyə məlumat verilir. Bu hal isə bəzilərinin narazılığına səbəb olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu hal qanunla tənzimlənmədiyindən restoranlar sui-istifadə edirlər.

Eyyub Hüseynov bildirir ki, müştərilər bu hala yalnız həmin restoranı baykot etməklə cavab verə bilər ki, sahibkar qaydaları ləğv etməyə məcbur olsun.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müəllif:

Oxşar xəbərlər