Martın 11-də səhər saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:
"Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir! Allah rəhmət eləsin!"