Bakı Nəqliyyat Agentliyi yeni sosial çarx hazırlayıb.
Teleqraf.com xəbər verir ki, "Piyada keçidi podium deyil!" adlı çarx insanların piyada keçidindən düzgün istifadə etməsi lazım olduğunu təbliğ edir.
Videoda insanların çox rahat şəkildə hərəkət etdiyi və bunun avtomobillərin uzun müddət gözləməsinə səbəb olduğuna işarə edilir.
Sosial çarxda bildirilir ki, sürücü tamaşaçı deyil və piyada keçidində diqqətli olun.
Həmin sosial çarxı təqdim edirik: