Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - ailə üzvləri, dostlar və yaxınlarla mübahisələr istisna deyil. Lakin onları haqlı olduğunuza inandırın. Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Axşam saatlarında qəfil görüş ola bilər. Doyunca istirahət edə, əylənə bilərsiniz.
Buğa - ekstravaqant və orijinal davranışınızın bağışlanma ehtimalı az deyil. Alış-veriş və anlaşmalar üçün əlverişli gündür. Pul və maliyyə ilə bağlı məsələlərdə yanılmamağa, aldanmamağa çalışın.
Əkizlər - bu gün qərar və hərəkətlərinizin bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirə bilər. Fəqət həmin heyrət münasibətlərə təsir etməyəcək.
Xərçəng - dostlar, köhnə tanışlar, uzaq qohumlarla planlaşdırılmamış görüşlər mümkündür. Axşam saatlarına yaxın əhvalınız yaxşılaşacaq. Sevdiyiniz insanın yanında vaxtın necə keçdiyini anlamayacaqsınız.
Şir - danışıqlara başlaya bilərsiniz. Müızakirələrin nəticəsi yetərincə perspektiv layihənin başlanğıcı ola bilər. Yaxşı çalışsanız, müəyyən müddətdən sonra əməyinizlə fəxr edə bilərsiniz.
Qız - sakit, məhsuldar və rəvan gündür. İşdə məsələləri yaxşı həll etməyə çalışın. Kimsə sizin işgüzar məziyyətlərinizə şübhə etməməlidir.
Tərəzi - bütün anlaşılmazlıqlara və fikir ayrılıqlarına rəğmən, yaxınlarınız sizi dəstəkləyəcəklər. Axşam saatlarını yeni macəra axtarışlarında keçirə bilərsiniz.
Əqrəb - ruhən sizə yaxın olan insanla ünsiyyət üçün əlverişli gündür. Problemləri müzakirə etmək olar və bu, gərəkdir.
Oxatan - çətin işin qeyri-standart həllinə başlamaq olar. Əvvəlcədən hazırlanmış plana tam riayət etməyə, daşlaşmış qaydalara əməl etməyə ehtiyac yoxdur.
Oğlaq - bu gün vaxt itirməyin. Sürətli və fəal olmalısınız. Şübhələri bir kənara ataraq hissiyatınıza inanın: hissləriniz sizi aldatmayacaq.
Dolça - başqalarının işlərinə ifrat diqqət ayıraraq öz problemlərinizi unutmayın. Əks halda öz işlərinizi həll etmək üçün nə zamanınız, nə də qüvvəniz qalacaq. Axşam saatlarını sizə əziz insanlara, ailə üzvlərinə həsr edin.
Balıqlar - istənilən yaradıcı fəaliyyət, idman, açıq havada vaxt keçirmək üçün əlverişli gündür. Şən və nikbin olun, darıxmayın, yanınızdakı insanları da qüssələnməyə qoymayın. İşdə tapşırıqları çox ağır saymayın. Zəhmətkeş olun, işi tam başa vurun.
Milli.Az