29 Mart 2017 13:07
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 137 ünvanında yerləşən evi yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ramin Hacılının özü sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Füzuli rayonundan qaçqın düşdüyü zamandan bəri ailəsi ilə birlikdə yaşadığı gecəqondu ötən gecə yanaraq tamamilə yararsız hala düşüb. Ramin Hacılı yanğının qəsdən törədildiyini iddia edib.

O, evinin bir neçə dəfə yandırılmasına cəhd edildiyini bildirib.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər