“Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərdə heç bir dəyişiklik olmayıb”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumatda bildirilib.
Səfirlik qeyd edib ki, ABŞ prezidenti tərəfindən verilən sərəncamlarla bağlı son məlumatları www.whitehouse.gov saytından əldə etmək mümkündür: “Viza qaydaları və prosedurları ilə bağlı məlumatlar isə www.travel.state.gov və www.azerbaijan.usembassy.gov saytlarında mövcuddur”.
Qeyd edək ki, bəzi saytlarda ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı xəbərlər yayılıb. Səfirliyin açıqlaması da yayılan bu məlumatlarla bağlıdır.
Səxavət