“XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırımı hadisələrini unutmamalıyıq”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter səhifəsində yazıb.
PA rəsmisinin sözlərinə görə, təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumdu: “Hadisəni törədənlər isə cəzasız qaldılar. Bundan istifadə edərək, ermənilər əsrin sonlarında Xocalı soyqırımını törətdilər. Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq. Beynəlxalq birlik və böyük dövlətlər isə ədalətli mövqe tutmalıdır”.
Nərgiz