“Azəravtoyol” ASC-nin Yolların İstismarı Proqramı layihəsində Texniki Dəstək üzrə Məsləhətçi vəzifəsində çalışan 74 yaşlı Robert C.Butler Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Beynəlxalq Tratilon Çempionatında ən yaşlı iştirakçı olaraq 1-ci yerə layiq görülüb.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, Robert C.Butler bu nailiyyəti 1500 metr məsafəyə üzməklə, 40 km məsafəni velosipedlə qət etməklə və 10 km məsafəyə qaçmaqla əldə edib. O, bunu 70 yaşdan yuxarı iştirakçılar arasında 2 saat 56 dəq 17 saniyə göstəricisi ilə yerinə yetirməyə müvəffəq olub. Bu nəticə ilə 60 yaşdan yuxarı iştirakçılar arasında isə 11-ci olub.
Qeyd edək ki, Robert C.Butler 2009-cu ildə 66 yaşında Avstriyada keçirilən anoloji beynəlxalq yarışda dayanmadan 12 saat ərzində 3.8 km məsafəni üzərək, 180 km məsafəni velosipedlə və 42 km-lik məsafəni qaçaraq qət etməyə müvəffəq olub. “Azəravtoyol” ASC-nin kollektivi cənab Robert C.Butleri bu qələbə münasibətilə təbrik edir, ona cağlığı və yeni-yeni uğurlar arzu edir.