17 Aprel 2017 11:41
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hemofiliya mərkəzində hazırda 1554 nəfər xəstə dispanser qeydiyyatındadır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyib.

Onun sözlərinə görə, bu gün dünya üzrə 400.000-dən çox hemofiliyalı xəstə var: “Azərbaycan da bu problemdən kənarda qalmayıb. Mərkəzdə hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir.

2016-ci ildə 1541 xəstə hemofilialı xəstə qeydiyyatda olub. İldə 40-50 xəstə qeydiyyata götürülür. Ötən il Mərkəzdə 69 nəfər ilk dəfə qeydiyyata götürülüb. Bu xəstələrin nisbi artması və diaqnozun düzgün qoyulmasıdır.

Hemofilialı xəstələrin 25 faizi 1-5 yaşında uşaqlardır. Belə xəstələr ən çox Bakı, Sumqayıt və Mərkəzi Aran rayonlarındadır”.

Elmira Qədimova bildirib ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. “Dünyada 80% xəstələr lazımi dərman preparatları ilə təmin olunmurlar. Lakin 20% ölkələr hemofiliyalı xəstələri lazımi dərman preparatları ilə təmin edirlər.

Azərbaycan da bu 20%-ə daxil olunub. Bu gün bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da tibbi göstərişlər əsasında hemofiliyalı xəstələr müxtəlif növ müalicə alırlar: ev şəraitində, ambulator və stasionar müalicələrlə yanaşı, I və II profilaktika”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər