19 Aprel 2017 18:44
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu korrupsiya layihəsindən pul silən QHT-lər desinlər görək, hansı jurnalistə treninq keçiblər?

Teleqraf.com xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan Avropa İttifaqının Azərbaycana ayırıdığı 90 milyon qrantla bağlı fikir bildirərkən qeyd edib.

Redaktorun fikrincə, Aİ-nin maliyyələşdirdiyi layihələr yeyinti və saxtakarlıq layihələridir:

“Hansı QHT kənddə yaşayan neçə qadının işlə təmin olunmasına yardım göstərib? Rəqəm açıqlasınlar, biz də bilək. Ən əsası, bu korrupsiya layihəsindən pul silən QHT-lər desinlər görək, hansı jurnalistə treninq keçiblər? “Yeni Müsavat” media qrupunda 10-larla jurnalist çalışır, son illər onların hansısa treninqə dəvət edildiyini xatırlamıram. Demək, mənim, sənin, onun adıyla bu qeyri-hökumət “lotuları” milyonlarla pul silir. Sonra da bizi bəyənmirlər, absurd məsələlərdə ittiham edirlər”.

Azər Ayxan bildirib ki, Avropa strukturları bu cür layihələri maliyyələşdirməklə, hesabat aparmamaqla, QHT sektorunda korrupsiyanın, saxtakarlığın “çiçəklənməsinə” şərait yaradırlar: “Ən əsası, real yardıma, qranta ehtiyacı olan media strukturlarına layihələr vermirlər”.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 2007-ci ildən indiyə kimi Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro qrant ayrıldığını deyib.
Onun sözlərinə görə, bu vəsait qadınların kənd yerlərində işlə təmin olunması, sosial işçilər, hakimlər, jurnalistlərə treninqlərin keçirilməsi və sair kimi layihələrə verilib.

Malena Mardın Avropa İttifaqının 90 milyon avroluq qrantının hansı layihələri əhatə etdiyinə dair sosial şəbəkələrdə müzakirələr başlayıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər