20 Aprel 2017 08:18
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlərin sözlərinə görə, qurğu yapon dilində ayrı-ayrı sözləri tapa bilir

Yapon alimləri düşüncəni oxumaq qabiliyyətinə malik qurğu yaradıblar. Alimlərin sözlərinə görə, qurğu elektroensefaloqram əsasında işləyir və yapon dilində rəqəm və ayrı-ayrı sözləri tapa bilir.

Teleqraf.com “ICTnews”-a istinadən yazır ki, hazırda cihazın sınaq nəticələri ürəkaçan olmasa da, alimlər onun təkmilləşdirilməsi üzərində işləri davam etdirəcək.

Mütəxəssislərin iddiasına görə, qurğu gələcəkdə xəstəlik nəticəsində danışıq qabiliyyətini itirmiş insanlara kömək edəcək.

Cihaz yaxın 5 ildə satışa çıxarılacaq. Smartfonun köməyi ilə sözügedən cihazı idarə etmək mümkün olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər