24 Aprel 2014 09:50
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda gənc alimlərlə ənənəvi olaraq keçirilən görüş baş tutub. Gənc alimlərin mövcud problemlərini, təklif və iradlarını dinləmək məqsədi ilə təşkil olunan görüşü giriş sözü ilə İnstitutun direktoru fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə açıb. O, 2013-cü il ərzində gənc alimlərin fəaliyyəti, gələcək perspektivləri və planları barədə məlumat verib. İlham Məmmədzadə hazırda tədqiqatçıların diskussiya xarakterli, yeni mövzular üzərində araşdırma aparmasına ehtiyac olduğunu vurğulayıb.

Elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva çıxışında gənclərlə bağlı fəaliyyət çərçivəsində institutun gənc tədqiqatçılarının elektron ünvan bazası, analitik informasiya sistemi, dövlət proqramları və gənclərlə bağlı sənədlərin icrası, onların uğurları, beynəlxalq konfranslarda iştirakı məsələlərinə toxunub.

Görüşdə gənc alimlərin üzərinə düşən vəzifələrdən söhbət açılıb, suallar ətrafında fikir mübadiləsi aparılıb. Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova, Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Rahil Nəcəfov, Politologiya və siyasi sosiologiya şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, Etikanın nəzəri və tətbiqi problemləri şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə müəyyən məsələlər və təkliflərlə çıxış ediblər.

Xanım Muxtarova,
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı


Müəllif:

Oxşar xəbərlər