Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda respublika ərazisində güclü şimal-qərb, şimal küləyi əsir: “Külək gecə saatlarında zəifləyəcək, amma sabah günorta yenidən güclənəcək. Güclü külək aprel ayının 26-sı günortaya kimi davam edəcək”.
Gülşad Məmmədova qeyd edib ki, havanın küləkli olmasının səbəbi qərbdən soyuq hava külələrinin daxil olmasıdır.
İlhamə ƏBÜLFƏT