Teleqraf.com xəbər verir ki, bunu Doğuşayardım Komissiyasının sədri, Respiblika Perinital Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, ana ölümlərinin yarısı ekstermal patalogiyalar səbəbindən baş verib:
“Məsələn, hamiləliyinin 20-21-ci həftəsinə kimi fermada yaşayan ana həkimə müraciət etməyib. Onda birləşdirici toxumanın sistem xəstəliyi olub və ona qətiyyən hamilə qalmaq olmaz. Həkimin yanına gəldikdə analizlərdən imtina edib. Halbuki müayinədən keçsəydi, diaqnozu qoyulsaydı, hamiləliyi erkən müddətdə pozulardı və ana sağ qala bilərdi”.
Sevinc Məmmədova deyir ki, ikinci qrup ölüm anestezioloji səhv ucbatından olub:
“Protokllara əsasən, qadına qeysəriyyə kəsiyindən öncə və sonra itirilən qanın bərpası üçün xüsusi kolloid və kristoloid məhlulu vurulub. Əgər qan itkisi çox olubsa, qan və qan komponentləri vurulur.
Bu qadın ikinci qeysəriyyə əməliyyatına gəlib, sağlam uşaq doğub. Lakin bəpaedici məhlul qəbul edəndə bədəni reaksiya verib. Həkimlərin səyinə baxmayaraq, xəstəni vəziyyətdən çıxarmaq mümkün olunmayıb”.
Doğuşayardım komissiyasının sədri bildirib ki, ana ölümlərində həkim günahından çox ailənin, yaxınların günahı daha çoxdur.
İlhamə ƏBÜLFƏT