10 May 2017 12:50
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyada niqabını açmaqdan imtina edən müsəlman qadının sosial yardımı kəsilib.

Teleqraf.com xəbər verir ki, müsəlman xanım 2013-cü ildə Utrext bələdiyyəsi tərəfindən işə göndərilib, lakin iş prosesi zamanı o, üzünü açmaqdan imtina edib. Bələdiyyə bu səbəbdən müsəlman xanıma verilən aylıq sosial müavinətin bir hissəsini kəsmək qərarı verib. Müsəlman xanım bununla bağlı məhkəmədə iddia qaldırıb.

Lakin məhkəmə bu məsələdə Utrext bələdiyyəsini haqlı hesab edib. Məhkəmə niqabın qadağan edilməsinin dini azadlığa zidd olduğunu, lakin tərəflərin üz-üzə gəldiyi məhkəmə işinin fərqli olduğunu qeyd edərək bələdiyyəni haqlı hesab edib.

Qeyd edək ki, müsəlman xanım hazırda İngiltərədə yaşayır.

Cavad


Müəllif:

Oxşar xəbərlər