16 May 2017 12:17
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə Maşallah Əhmədova növbəti dəfə vaxt verilib.

Hakim bildirib ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı tərəflərin razılığa gəlməsi üçün üç gün vaxt verilir.

Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov deyib ki, zərərçəkmişə dəymiş ziyanın əvəzində aqlay daşları hazırdır. Zərərçəkmiş Yusif Əzizovun vəkili deyib ki, dəymiş ziyan ödənilsə, barışığa razıdır: "Biz ibtidai istintaq zamanı Maşallah Əhmədovu çox gözləmişik. Əgər ziyan ödənilsəydi, iş məhkəməyə də gəlməzdi".

Növbəti proses mayın 19-a təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib.

Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyir.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər