17 May 2017 21:39
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada gey hüquqlarını müdafiə edən üç təşkilat Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciət ediblər. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, onlar Çeçenistanda geylərə qarşı soyqırımı törədildiyini iddia edirlər.

Onlar respublikada geylərə qarşı yeni "təqib dalğasının" arxasında Çeçenistanın prezidenti Ramzan Kadırovun və digər rəsmilərin durduğunu iddia edirlər.

Müraciətdə təşkilatlar bir yeniyetmə oğlanın 9-cu mərtəbədən yerə atıldığını qeyd edirlər.

Çeçenistan rəsmiləri respublikada gey insanların olmadığını israr edirlər.

Bu ayın əvvəli prezident Vladimir Putin Çeçenistanda geylərə qarşı təqib iddialarının araşdırılması üçün dəstəyini verib.

Lakin fransız təşkilatlar Rusiyanin daxili araşdırmasının kifayət olmadığını deyirlər.
Təşkilatlar prezident Kadırovu geyləri məhv etmək üçün işgəncə düşərgələri yaratmaqda təqsirləndirirlər.

Çeçenistan rəsmiləri polis təzyiqinə məruz qaldığı iddia edilən şəxslərdən rəsmi şikayət almadıqlarını bildirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər