21 May 2017 11:42
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın 34 deputatı Afinada müsəlmanlar üçün məzarlıq salmaq təklifi ilə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yunan hökumətinin koalisiya ortağı olan SİRİZA-nın deputatları bu tələblə çıxış ediblər.

34 deputatın içində Mustafa Mustafa və Hüseyn Zeybək də təmsil olunur. Deputatlar Yunanıstanda çoxsaylı müsəlman əhalisinin yaşadığını və müsəlmanlar üçün məzarlığa ehtiyac olduğunu bəyan ediblər.

Qeyd edilib ki, Yunanıstan tək Avropa ölkəsidir ki, burada müsəlman məzarlığı yoxdur. Bu səbəbdən də Yunanıstanda vəfat edən müsəlmanlar ölülərini dəfn etmək üçün öz ölkələrinə və ya müsəlman türklərin çoxluq təşkil etdiyi Qərbi Trakiya bölgəsinə göndərirlər. Buna isə böyük məbləğdə maliyyə xərclənir.

Xatırladaq ki, Yunanıstan kilsəsinin ən yüksək qurumu olan San Sinod Afinada özünə aid bir sahədə müsəlman qəbiristanlığı üçün 20 hektar ərazi ayırmağı qərara alıbmış.


Müəllif: Cavad

Oxşar xəbərlər