23 May 2017 13:02
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük komitəsinin sədri Aydın Əliyev Salyanda vətəndaşları qəbul edib.

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. (apa)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər