Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Dördüncü İslam Həmrəyliyi Oyunlarının, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcəyini vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. “Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.