24 May 2017 13:25
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada bir zamanlar Mustafa Kamal Atatürkün əmri ilə açılan Atatürk Uşaq Yurdu iyun ayında qapadılacaq.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Atatürk Uşaq Yurdu Ankaranın ən gözəl yerində yerləşir. Yuvanın 39 hektarlıq ərazisi və binasının gələcək taleyinin necə olacağı bəlli deyil. Çoxlu sayda attraksionların, orijinal beşiklərin və bulaqların olduğu bu məkanın muzeyə çevrilməsi haqda təkliflər də var.

Şair Sunay Akın Atatürk Uşaq Yurdunda olan əsərlərin cəmiyyətin ortaq yaddaşı olduğunu ifadə edərək bildirib ki, belə bir Yurdu ləğv etmək və ya ondan başqa formada istifadə etmək faktiki olaraq, bir muzeyi məhv etmək deməkdir. O, buranı yurd olaraq istifadə etməyin daha məqsədəuyğun olduğunu bəyan edib.

Xatırladaq ki, bir zamanlar Türkiyəni ziyarət edən xarici dövlət adamları Atatürk Uşaq Yurduna da baş çəkib, buraya müxtəlif beşiklər, oyuncaqlar bağışlayıb.

Qeyd edək ki, vaxt ilə Mustafa Kamal Atatürkün əmri ilə Amerikaya gedən və orada araşdırmalar aparan Fuad Umay ABŞ-dakı müsəlman işçilərdən topladığı vəsaitlə yurdun təməlini atıb. Hazırda Atatürk Uşaq Yurdu 500 uşağa xidmət etmək imkanına malikdir.

Yurdun ərazisində Əbdülhəmid dövrünə aid bulaqlar, kitabxanalar, beşiklər, tarixi uşaq oyuncaqları, mətbəx, yemək üçün ləvazimatlar və s var.


Müəllif: Cavad

Oxşar xəbərlər