Teleqraf.com xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva deyib.
Onun sözlərinə görə, dövlət televiziyası da daxil olmaqla 6 telekanal monitorinqə cəlb edilib: “Fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır. Bu da alınma sözlərin dilə uyğunlaşdırılmaması ilə əlaqədardır.
Məsələn, sentyabr, tibbi, texnika kimi sözlərdə “te” səsi “ç” kimi səsləndirilir. Fonetik səviyyədə ən çox diqqət çəkən samitlərin tələffüzü ilə bağlıdır. Məsələn, sözün əvvəlində “g” səsi, sözün sonunda “y” səsi ilə bağlı pozuntuları müşahidə edirik. Həmçinin sözlərdə vurğunun doğru seçilməməsi kimi pozuntulara da rast gəlirik. İstanbul, Ankara, Dehli, transfer, relyef sözlərində daha çox müşahidə edirik”.
Nəzakət Qazıyevadeyib ki, yazının dilə təsiri, dialektdən irəli gələn tələffüz normalarının pozuntuları da qeydə alınıb: “Biz ad çəkmək istəmirik,lakin bu cür tələffüzü hansı aparıcıların dilində rast gəlindiyini hər kəs təxmin edir. Pozuntu hallarına Azərbaycan Dövlət Televiziyasının efirində də müşahidə edirik. Çünki elə fikir yaranmasın ki, dövlət telekanalının efirində pozuntu yoxdur.
Bu telekanalın aparıcılarının dilində kifayət qədər pozuntulara rast gəlirik. Ancaq bu telekanalın fərqi səhv tezliyinin digər telekanallarla müqayisədə daha az olmasıdır. Rəsmi televiziyalarda daha çox interferensiya hadisəsini müşahidə edirik.
İctimai televiziyada aparıcı Saleh Bağırov “qələbə” sözünü “gələbə” kimi, “Xəzər” televiziyasının efirində səhər verilişinin aparıcısı Xanım Yadigarlı “yeməklər” sözünü “yeməylər” kimi tələffüz edib. Bəzi xəbər verilişlərində aparıcıların emosionallığı, leksik səviyyədə norma pozuntuları, xarici terminlərdən yersiz istifadə olunması qeydə alınan qüsurlardır".