Teleqraf.com xəbər verir ki, büdcənin icrası haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Komitə sədri qeyd edib ki, xarici borc ümümi daxili məhsulun (ÜDM) 20,4 faizini təşkil edir. Onun sözlərinə görə, büdcənin icrası zamanı nəzərdə tutulan xarici borclar vaxtında qaytarılıb. Həmçinin mədəniyyət, səhiyyə və digər sahələrdə islahatlar və inkişaf əldə edilib.
Ziyad Səmədzadı deyib ki, büdcə kəsiri 0,4 faiz olub və bu proqnoz göstəricisindən bir qədər azdır: “Qeyd edim ki, bizim gələcəkdə imkanlarımız o qədər genişlənə bilər ki, büdcə kəsirinin 1-2 faiz olmasına baxmayaraq, iqtisadi fəallığı artıra bilərik. Dövlət büdcəsinin icrası kamildir. Ölkədə kifayət qədər münbit şərait yaradılıb. Biz ixrac potensialımızı artırırıq. Bu, büdcəyə daha çox gəlir gətirə bilər. Bu gün basilica məqsəd iqtisadi fəallığı, investisiya imkanlarını artırmaqdır. Hazırda Azərbaycan dünya miqyaslı layihələr həyata keçirir. Bütün bunlar büdcənin inkişafının artırılmasına xidmət edən layihələrdir”.