2 İyun 2017 18:35

İyun ayının 2-də Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 2 saylı tam orta məktəbində “Cəfər Cabbarlı Poeziya Müsabiqəsi” keçirilib.

Teleqraf.com xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “C.Cabbarlı adına mədəniyyət,elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin “Azərbaycaının zəngin mədəniyyətinin təbliği və cəmiyyətin müxtəlif sosial təbəqələrinin geniş mədəni tədbirlərə cəlb oluması” layihəsi çərçivəsində reallaşdırılıb.

1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan poeziya müsabiqəsində Xocalı şəhər 2 saylı, Şuşa şəhər 6 və 9 saylı tam orta məktəblərində təhsil alan qaçqın və məcburi köçkün şagirdlər iştirak ediblər. Eyni zamanda tədbirdə Xocalı şəhər 2 saylı uşaq musiqi məktəbinin istedadlı yetirmələrinin də çıxışları nəzərdə tutulub. Müsabiqənin keçirilməsinin əsas məqsədi milli ədəbiyyatımızın, klassik və müasir ədəbi irsimizin şagirdlər arasında daha yaxından təbliği, gənclərdə milli-mənəvi dəyərlərimizə diqqət və sevgi hisslərinin gücləndirilməsidir. Layihədə köçkün məktəblərinin seçilməsi təsadüfi deyil. Çünki doğma el-obalarını görməyən, qaçqın və məcburi köçkün ailələrində dünyaya gəlmiş, ailə üzvləri arasında şəhid olmuş, itkin düşmüş şəxslər, müharibə əlilləri olan məktəblilərə mənəvi dəstək olmaq, onları yaşadıqları psixoloji durumdan çıxararaq xoş ovqat bəxş etməkdir. Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük dramaturq Cəfər Cabbarlının şeirləri əsasında təşkil olunmuş şeir müsabiqəsi qaçqın və köçkün uşaqlara mənəvi dəstək olmaqla yanaşı, onlarda kitablara sevgi və marağın artmasında, bədii qiraət vərdişlərinin inkişafında böyük rol oynayacaq, eyni zamanda Azərbaycan dilinin təmizliyinin inkişafı və qorunmasına kömək edəcəkdir.
Daha sonra müsabiqənin qalibləri elan edilib:

1-ci yer 2 nəfər:
Hicran Xudiyeva - Xocalı şəhər 2 saylı tam orta məktəbinin şagirdi
Ayşən Muradlı - 9 saylı Şuşa tam orta məktəbinin şagirdi

2-ci yer 2 nəfər :
Gülgəz Hacıyeva - 6 saylı Şuşa tam orta məktəbinin şagirdi
Əkbər Məmmədli - 9 saylı Şuşa tam orta məktəbinin şagirdi

3-cü yer 3 nəfər:
Zəhra Mustafayeva -Xocalı şəhər 2 saylı tam orta məktəbinin şagirdi
Naibə Babayeva - 9 saylı Şuşa tam orta məktəbinin şagirdi
Murad Qənbərzadə - 9 saylı Şuşa tam orta məktəbinin şagirdi


Müəllif: Teleqraf.com
Загрузка...