Teleqraf.com xəbət verir ki, bunu Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov deyib.
Fond rəisi qeyd edib ki, bundan əlavə ümumilikdə 1 milyon 854 min ton yerli buğda istehsal olunub.
Zülfüqar Məmmədov bildirib ki, ərzaq səbətinin tərkibinə əsasən adambaşına ildə 186 kiloqram ərzaq buğdası tələb olunur. Onun sözlərinə görə, fond tələbatın əsas hissəsini yerli istehsal hesabına ödəmək niyyətindədir: "Məqsədimiz tələbatın böyük hissəsini yerli istehsal hesabına ödəməkdir. Təəssüf ki, buna nail ola bilmirik".
Fondun rəisi qeyd edib ki, ərzaq təhlükəsizliyini şərtləndirən amillərdən biri də kadr məsələsidir: "İxtisaslı kadr olmasa, məhsul bolluğu yaratmaq, keyfiyyətə nəzarət etmək mümkün deyil. Biz həm buğdanı istehsal etməliyik, həm də almalıyıq".