8 İyul 2017 01:08
3 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov 6-7 iyul tarixlərində Nyu York şəhərində (ABŞ) Birləşmiş Millətlər Təşkilatının (BMT) gərargahında keçirilmiş “Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransı”nda iştirak edib.

Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, konfransda BMT-nin sülhməramlı qüvvələrinin inkişafı, qüvvələrin çevik yerləşdirilməsi, təlimlər və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb, o cümlədən BMT-nin Sülhməramlı Əməliyyatlar və Səhra Dəstəyi İdarələrinin rəsmiləri ilə görüşlər keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər