9 İyul 2017 13:26
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Statistik məlumatlara əsasən oğlanlarla qızlar arasıda təbii nisbət 50/50-dir. Daha dəqiq desək, 106 oğlana 100 qız düşür.

Bunu Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, dünyaya daha çox oğlan uşaqları gəlsə də həyatın ilk illərində onlar arasında ölüm halları qadınlara nisbətdə 30 faiz çoxdur: “Qadınlar və kişilər arasında doğumun rekord nisbəti 2007-ci ildə Çinin Lyanunqan əyalətində qeydə alınıb. 5 milyona yaxın əhalisi olan əyalətdə hər 100 qıza 163 oğlan düşürdü. Cənubi Koreya, Tayvan və Sinqapurda hər 100 qıza 109 oğlan, Hindistanın şimalında isə hər 100 qıza 126 oğlan düşür. Hindistanda qadın cinsindən olan dölün məhv edilməsi, qadınlara qarşı zorakılıq, namus cinayətləri geniş yayılıb. Bu ölkədə selektev abortlara görə kişilər qadınlardan sayca 37 milyon çoxdur”.

A.Veysəlova qeyd edib ki, Çində kişilər qadınlardan 30 milyon nəfər çoxdur: “Bu cinsi disbalans insan alverinin və seksual istismarın artmasına səbəb olur. Çində hökumətin demoqrafik artımın qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasət ailələri oğlan uşaqlarına üstünlük verməyə məcbur edir. Belə getsə qadın çatışmazlığı səbəbindən yaxın vaxtlarda çinli kişilərin ailə qurmaq imkanı azalacaq. Cinsi mənsubiyyətinə görə hamiləliyin pozulması ABŞ-da və bir sıra Avropa ölkələrində də yayılmaqdadır. Bu ölkələrdə qanun tərəfindən qadınlara hamiləliyi süni pozmağa icazə verildiyinə görə immiqrantlar bu imkandan geniş istifadə edirlər”.


Müəllif: İlhamə

Oxşar xəbərlər