9 İyul 2017 17:29
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Panasonic” şirkətinin mütəxəssisləri “Deodorant Hanger MS” adlı qeyri-adi qurğu hazırlayıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yeni qurğu köynək və gödəkçələri doldurulmuş hissəciklərlə dezodorasiya edən asılqandır. Bu asılqanın yaradıcılarının səyi nəticəsində geyim 5 saat ərzində xoşagəlməz qoxulardan təmizlənir.

Qurğu həm ev şəbəkəsi, həm də akkumulyator vasitəsilə işləyə bilər. 7 saatlıq xüsusi rejim isə daha mürəkkəb qoxuların aradan qaldırılması üçün nəzərdə tutulub.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər