Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov "Dövlət Qulluğuna dair qanunvericiliyinin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul reysterinin qurulması xüsusi proqram təminatı ilə həyata keçirilir: "Reysterdə hər bir dövlət qurumundan məsul şəxslərin adları yer alır. Bu vaxta qədər 130 məsul şəxs dövlət qulluqçularının informasiya sistemində qeydiyyatdan keçib.
Məsul şəxsləri müəyyən etməyən dövlət qurumlarına bu işi qısa zamanda həyata keçirməyi tövsiyə edirik. Bir daha xəbərdarlıq edirik ki, dövlət qulluqçuları barədə məlumatı reysterə daxil etməyən vəzifəli şəxslər 300-600 mamat cərimə ediləcək.
Bundan başqa, resyterdə dövlət qulluqçuları ilə bağlı müəyyən səhvlər var və bunları aradan qaldırmağı tövsiyə edirik. Məsələn, elektron bazada bəzi qulluqçuların telefon nömrələri qeyd edilmir”.
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bildirib ki, bu cərimələrin tətbiqi vəzifəli şəxslərə işlərinə daha məsuliyyətlə yanaşmasına təşviq edəcək: “Çünki reysterə məlumat daxil etməli olan məsul şəxs cərimələnəcək. Bir daha qeyd edirəm ki, məqsədimiz kimisə cərimələmək deyil. Məqsədimiz insanları öz işinə məsuliyyətlə yanaşmağa təşviq etməkdir. Bu iş heç də asan deyil. Bunun üçün təşkilatın maddi bazası da olmalıdır”.