10 İyul 2017 10:15
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin “MediaLink” şirkəti ilə birlikdə jurnalistlər üçün “Qız uşaqlarının dəyərinin təşviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu” mövzusunda təlim keçirib.

Teleqraf.com xəbər verir ki, təlimin məqsədi gender əsaslı zorakılıq, qadınlara səlahiyyət verilməsi və s. mövzularda yazan jurnalistləri cinslərin doğum zamanı nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq və medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir.

Ölkənin aparıcı KİV nümayəndələrinin iştirak etdiyi təlimin ilk günündə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyin rəhbəri Fərid Babayev cəmiyyətdə qız uşaqlarına münasibət, xüsusilə də selektiv abortun mənfi nəticələrindən danışıb.

Gender üzrə təlimçi Rəna Tahirova " Doğulanların cins nisbətinə təsir edən səbəblər və amillər" mövzusunda geniş çıxış edib.

Gender üzrə digər təlimçi Cavid Şahmalıyev isə "Əsaslı Ayrıseçkiliyin aradan qaldırılmasına kişilərin cəlb olunması"ndan danışıb.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova "Gender məsələlərinin mediada işıqlandırılması. Beynəlxalq və yerli qanunvericilik" mövuzusunda geniş çıxış edib.

"Qızım olsun, yoxsa oğlum? Valideynlər nəyə inanır, elmi araşdırmalar nə deyir?" mövzusunda isə gender üzrə təlimçi İlahə Rəsulova danışıb.

Media üzrə təlimçi Süheylə Cəfərova "Gender məsələləri Kütləvi İnformasiya Vasitələrində" mövzusunda çıxış edib.

Təlimin sonunda "Gender məsələləri Kütləvi İnformasiya Vasitələrində" mövzusu "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevlə müzakirə edilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər