Bunu Teleqraf.com-a açıqlamasında Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuri Nuriyev deyib.
Onun sözlərinə görə, 9 yaşlı uşaq dünən saat 17 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib: “Əməliyyatdan əvvəl uşağa metilin iynəsi vurulan zaman xəstə anafilaktik şok keçirib. Nəticədə azyaşlının ürəyi dayanıb”.
Baş həkim bildirib ki, bütün tədbirlərə baxmayaraq uşağın həyatın xilas etmək mümkün olmayıb: “Anafilaktik şok bəzi hallarda baş verir. Bu dəfə təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmadı”.
Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.